“Ocaq Sport” komandası klublararası dünya çempionatında dördüncü yeri tutub

“Ocaq Sport” komandası klublararası dünya çempionatında dördüncü yeri tutub
# 11 sentyabr 2016 15:55 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın “Ocaq Sport” komandası Yaponiyanın paytaxtı Tokioda keçirilən bədii gimnastika üzrə klublararası dünya çempionatı – “AEON CUP-2016”da dördüncü yeri tutub.

APA-nın AzərTAC-a istinadən verdiyi məlumata görə, yarışda dünyanın 26 ölkəsinin 31 klubunu təmsil edən 93 gimnast mübarizə aparıb.

“Ocaq Sport” komandası yarışlara Rusiyanın “Qazprom”, Belarusun “Dinamo”, Ukraynanın “Deryuginlər məktəbi” və Yaponiyanın “AEON” klubları ilə birlikdə birbaşa final mərhələsində qatılmışdı. Komandamızın tərkibində Zöhrə Ağamirova, Jalə Piriyeva və Marina Durunda çıxış ediblər. İki gün davam edən final yarışlarının yekununda komandamız 197.980 xal toplayaraq dördüncü yerdə qərarlaşıb. Rusiyanın “Qazprom” komandası birinci, Belarusun “Dinamo” komandası ikinci, Ukraynanın “Deryuginlər məktəbi” komandası isə üçüncü yeri tutub.

Bədii gimnastika üzrə dünyanın ən güclü komandalarının qatıldığı çempionat bu gün yekunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR