Rio-2016: Azərbaycan üzgüçüsü Paralimpiya Oyunlarında 7-ci yer tutub

<span style="color: red;">Rio-2016:  Azərbaycan üzgüçüsü Paralimpiya Oyunlarında 7-ci yer tutub
# 13 sentyabr 2016 01:33 (UTC +04:00)

Bakı-APA. Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında Azərbaycan üzgüçüsü Roman Saley 7-ci yer tutub.

APA-nın məlumatına görə, sərbəst üsulla üzmə yarışlarının finalında Roman Saley 400 metr məsafəni 4:19,34 saniyəyə qət edib.

R.Saley üzgüçülüyün batterflay növündə 100 metr məsafəyə üzmə yarışlarında 4-cü nəticə göstərib.

Hazırda Azərbaycan yığmasının hesabında 6 medal var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR