Nazir: “Hazırda otellərdə yer çatışmazlığı var”

Nazir: “Hazırda otellərdə yer çatışmazlığı var”
# 15 sentyabr 2016 10:15 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Bu il Azərbaycana gələn turistlərin sayında kifayət qədər artım müşahidə olunub”.

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, viza rejiminin sadələşdirilməsi, qonaqpərvərlik sahəsində aparılan iş müsbət nəticəsini verməkdədir: “Hazırda biz otellərdə yerlərin məhdudluğu ilə rastlaşırıq. Azərbaycana gələn insanlar otellərdə çox vaxt yer tapa bilmirlər. Bu, stimuldur. Növbəti mərhələdə yeni otellərin tikilməsi nəzərdə tutulur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR