Yavər Camalov ABŞ səfirini qəbul edib

Yavər Camalov ABŞ səfirini qəbul edib
# 16 sentyabr 2016 11:17 (UTC +04:00)

Bakı – APA. Sentyabrın 16-da müdafiə sənayesi naziri Yavər Camalov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Y. Camalov Azərbaycan və ABŞ arasındakı müxtəlif sahələri əhatə edən ikitərəfli əlaqələri yüksək qiymətləndirib və bu əlaqələrin daha da inkişaf edəcəyini əminliklə vurğulayıb. O, Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı səfirə məlumat verib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Səfir Robert Sekuta səmimi qəbula görə minnətdarlığını bildirib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR