“Turizm haqqında” yeni qanun layihəsi hazırlanıb

“Turizm haqqında” yeni qanun layihəsi hazırlanıb
# 16 sentyabr 2016 11:33 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanmış “Turizm haqqında” qanun layihəsi ilk oxunuşda müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, iclasda komitə sədri Hadi Rəcəbli bildirib ki, bu qanun layihəsi ölkə başçısının turizm sahəsinin inkişafı ilə bağlı apardığı siyasətin tərkib hissəsidir.

8 fəsil, 93 maddədən ibarət olan qanun layihəsində turizm sahəsi ilə bağlı bir sıra anlayışlar, görüləcək tədbirlər, dövlət reyestri, sığorta və s. məsələlər əksini tapıb.

Qanun layihəsi ilk oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR