Azərbaycan idmançısı Paralimpiya Oyunlarında gümüş medal qazanıb

Azərbaycan idmançısı Paralimpiya Oyunlarında gümüş medal qazanıb
# 18 sentyabr 2016 00:15 (UTC +04:00)

Bakı-APA. Azərbaycan idmançısı Dmitri Saley Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında ikinci medalını qazanıb.

APA-nın xəbərinə görə, Saley 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarının həlledici mərhələsində Dmitri 24,29 saniyə nəticə göstərərək gümüş medala layiq görülüb.

Dmitri Saley bundan əvvəl 100 metr məsafəyə brass üsulu ilə üzmədə gümüş medal qazanmışdı.

Qeyd edək ki, Azərbaycanın Riodakı Paralimpiya Oyunlarında qazandığı medalların sayı 10-a çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR