FHN-in əməkdaşları “Xəzər-2016” beynəlxalq təliminə qatılıblar

FHN-in əməkdaşları “Xəzər-2016” beynəlxalq təliminə qatılıblar
# 23 sentyabr 2016 14:41 (UTC +04:00)

Bakı-APA. Rusiya Federasiyasının Həştərxan vilayətində Xəzəryanı ölkələr – Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstanın fövqəladə hallar üzrə məsul qurumlarının iştirakı ilə “Xəzər-2016” beynəlxalq kompleks təlim keçirilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, beynəlxalq kompleks təlimdə Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərliyi altında Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi, “Vixr-9” yanğınsöndürən gəmisi və xilasedici dəstəsi texnogen qəzanın nəticələrinin aradan qaldırılması əməliyyatında uğurla iştirak edib.

Azərbaycan nümayəndə heyəti təlim çərçivəsində qərargahda yaradılmış videokonfransa və “Risklərin qlobal tendensiyaları və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilmiş konfransa da qatılıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR