Azərbaycan Tokioda keçirilən beynəlxalq turizm sərgisində iştirak edir

Azərbaycan Tokioda keçirilən beynəlxalq turizm sərgisində iştirak edir
# 23 sentyabr 2016 16:51 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Yaponiyanın Tokio şəhərində keçirilən və 170-dən çox ölkənin qatıldığı “Jata 2016” beynəlxalq turizm sərgisində iştirak edir.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sərgidə ölkəni Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin əməkdaşı Leyla Verdiyeva və “Al travel”, “Gilan travel”, “Geo travel” turizm şirkətlərinin nümayəndələri təmsil edir.

Azərbaycanın turizm imkanlarını əks etdirən 36 m2 sahədə milli stend quraşdırılıb, iştirak edən qonaqlara Azərbaycanın turizm potensialını təbliğ edən reklam-çap məhsulları təqdim olunub.

Bu sərgidə Mədəniyyət və Turizm Nazirliyi 2007-ci ildən təmsil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR