Yavər Camalov Türkiyənin müdafiə nazirini qəbul edib

Yavər Camalov Türkiyənin müdafiə nazirini qəbul edib
# 27 sentyabr 2016 15:50 (UTC +04:00)

Bakı – APA. Müdafiə sənayesi naziri Yavər Camalov “ADEX-2016” ikinci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə qatılan Türkiyənin milli müdafiə naziri Fikri İşığın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


MSN-dən APA-ya verilən xəbərə görə, görüşdə iki qardaş ölkə arasında mövcud olan əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

F. İşıq “ADEX-2016” sərgisinin yüksək səviyyədə təşkil olunduğunu bildirib.

Görüşdə Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun da iştirak edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR