Yavər Camalov Pakistan, BƏƏ və serbiyalı nazirlərlə görüşüb

Yavər Camalov Pakistan, BƏƏ və serbiyalı nazirlərlə görüşüb
# 27 sentyabr 2016 16:15 (UTC +04:00)

Bakı – APA. Müdafiə sənayesi naziri Yavər Camalov “ADEX-2016” ikinci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Pakistanın müdafiə sənayesi federal naziri Rana Tanvir Hussainin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.


MSN-dən APA-ya verilən xəbərə görə, görüşdə iki ölkənin müvafiq qurumları arasında mövcud olan əməkdaşlığa dair geniş fikir mübadiləsi aparılıb.

Y. Camalov Serbiyanın müdafiə naziri Zoran Corceviçin və Birləşmiş Ərəb Əmirliklərinin müdafiə məsələləri üzrə dövlət naziri Muhammed Ahmed Albavardinin rəhbərlik etdiyi nümayəndə heyətlərini də qəbul edib.

Qonaqlar “ADEX-2016” sərgisinin yüksək səviyyədə təşkil olunduğunu bildiriblər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR