Azərbaycanın istehsal etdiyi “İldırım” döyüş maşını müdafiə sərgisində nümayiş olunur

Azərbaycanın istehsal etdiyi “İldırım” döyüş maşını müdafiə sərgisində nümayiş olunur
# 28 sentyabr 2016 11:55 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və Cənubi Afrika Respublikası mütəxəssislərinin müştərək işi əsasında hazırlanan “İldırım” döyüş maşını "ADEX 2016" beynəlxalq müdafiə sərgisində nümayiş olunur.

MSN-nin “ADEX 2016”dakı stendindən APA-ya verilən məlumata görə, Silahlı Qüvvələrin rəy və təklifləri nəzərə alınmaqla gələn ildən “İldırım”ın istehsal texnologiyası yaradılacaq.

”İldırım” döyüş maşınının hündürlüyü 3290 mm, uzunluğu 7350 mm, eni 2550 mm, təkərlər arası məsafəsi 4200 mm-dir. Döyüş maşınının heyəti 12 nəfərlikdir. Kütləsi 13 tondur. Əsas silah sistemi 12,7 mm-lik NSV tipli pulemyotdur. Silindirlərin sayı 6 ədəddir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR