Türkiyə şirkəti ilə AMEA-nın institutu arasında müdafiə sənayesi sahəsində anlaşma memorandumu imzalanıb

Türkiyə şirkəti ilə AMEA-nın institutu arasında müdafiə sənayesi sahəsində anlaşma memorandumu imzalanıb
# 28 sentyabr 2016 12:43 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün “ADEX 2016” beynəlxalq müdafiə sərgisi çərçivəsində Türkiyənin AYESAŞ şirkəti və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu arasında müdafiə sənayesi sahəsində anlaşma memorandumu imzalanıb.

APA-nın xəbərinə görə, memorandumu AYESAŞ-ın baş direktoru Aziz Sipahi və Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev imzalayıblar.

Anlaşma memorandumu çərçivəsində Azərbaycan və Türkiyə ilə yanaşı, digər ölkələr üçün də layihələr həyata keçiriləcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR