Gürcüstana səfər edənlər arasında azərbaycanlı turistlər liderliyi əldən vermir

Gürcüstana səfər edənlər arasında azərbaycanlı turistlər liderliyi əldən vermir
# 04 oktyabr 2016 07:41 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu ilin 9 ayı ərzində Gürcüstana səfər edən turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,5% artaraq 2 156 731 nəfər təşkil edib. "APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze bildirib.

Onun sözlərinə görə, sentyabr ayında ölkəni 631 302 nəfər xarici vətəndaş ziyarət edib ki, bu da ötən ilin analoji ayı ilə müqayisədə 11% çoxdur. Bunlardan 304 814 nəfəri turistdir. Beləliklə, ötən ilin sentyabr ayı ilə müqayisədə ötən ay turist qismində Gürcüstana səfər edənlərin sayı 34,2% artıb.

Azərbaycan Gürcüstana səfər edən turistlərin sayı baxımından liderliyini qorumağı bacarıb. Sentyabr qonşu ölkəyə 130 851 nəfər Azərbaycan vətəndaşı səfər edib ki, bu da ötən ilin müvafiq ayı ilə müqayisədə 7,6% çoxdur. İkinci yerdə Ermənistan (130 815 min nəfər, +4,2%) qərarlaşıb. İlk üçlüyü Rusiya (119 096 min nəfər, +31,3%) qapayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR