Tərcümə Mərkəzi Migel Delibesin “Seçilmiş əsərləri”ni çap edib

Tərcümə Mərkəzi Migel Delibesin “Seçilmiş əsərləri”ni çap edib
# 05 oktyabr 2016 09:33 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Tərcümə Mərkəzi ispan yazıçısı Migel Delibesin “Seçilmiş əsərləri” kitabını çap edib. Mərkəzdən APA-ya verilən məlumata görə, kitabı Saday Budaqlı tərcümə edib. Nəşrin redaktoru Mahir Qarayevdir.

M.Delibes “Sərv ağacının uzun kölgəsi” (1947), “Yol” (1950), “Sərsəm” (1953), “Qırmızı yarpaq” (1959), “Beş saat Mario ilə birlikdə” (1966), “Altmış yaşlı həyat aşiqinin məktubları” (1983) əsərlərinin, habelə dünyanın müxtəlif dillərinə tərcümə edilmiş 50-dən çox kitabın müəllifidir. O, 1993-cü ildə Servantes mükafatına layiq görülüb. 1998-ci ildə isə “Kafir” romanına görə Nobel mükafatına namizədliyi irəli sürülüb.

Kitaba daxil edilmiş romanlarda Kastiliya kəndinin problemlərindən, Franko rejiminin gerçəklərindən, bu rejimin insan psixologiyasına təsirindən bəhs edilir.

Kitabın elektron versiyası yaxın günlərdə Tərcümə Mərkəzinin “Açıq kitab” elektron kitabxanasında onlayn mütaliəçilərin ixtiyarına veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR