Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq

Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
# 06 oktyabr 2016 14:43 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Oktyabrın 19-23-də keçiriləcək Frankfurt Beynəlxalq Kitab Sərgisində Azərbaycan təmsil olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sərgidə nazirliyin əməkdaşlarından və yerli nəşriyyat nümayəndələrindən ibarət heyət Frankfurt-Mayn şəhərinə səfər edəcək: “Beynəlxalq kitab sərgiləri sırasında Frankfurt Kitab Sərgisi iştirakçı və ziyarətçilərin sayının çoxluğu, dünyanın müxtəlif kitab mədəniyyətlərinin görüşü baxımından əlamətdardır. Hər il təşkil olunan bu sərgiyə dünyanın əksər ölkələrindən iştirakçılar gəlir. 56 kv.m. sahədə Qız Qalası və Qala divarları dizaynı ilə hazırlanmış xüsusi stendlə təmsil olunacağımız sərgidə ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, dövlətçiliyimizə, tariximizə, mədəniyyətimizə və ölkəmizin turizm potensialına dair nəşrlər ziyarətçilərin diqqətinə təqdim ediləcək”.

Şöbədən əlavə ediblər ki, oktyabrın 22-də Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən 2016-cı ilin “Multukulturalizm ili” elan edilməsi ilə bağlı tədbirin keçirilməsi də nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR