Nazir: "Çalışırıq ki, Azərbaycana turist axını mövsümlərdən asılı olmasın"

Nazir: "Çalışırıq ki, Azərbaycana turist axını mövsümlərdən asılı olmasın"
# 07 oktyabr 2016 11:53 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. “Bu ilin 9 ayının rəsmi statistikasına görə, turistlərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artıb”.

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, qış turizmi ilə bağlı hazırlıq işləri aparılır: “Hər il olduğu kimi, bu il də dekabrın 15-də qış mövsümün açılışını elan edəcəyik. Bizim əsas məqsədimiz odur ki, Azərbaycana xarici ölkələrdən insanların axını mövsümlərdən asılı olmasın. Çünki Azərbaycanın bütün fəsilləri özünəməxsusluğu ilə seçilir. Bu səbəbdən də biz müxtəlif proqramlar və layihələrlə fəsil problemini aradan qaldırıb, turistlərin gəlişinin davamlı olmasını təmin etmək istəyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR