“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzusunda konfrans başlayıb

“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzusunda konfrans başlayıb
# 10 oktyabr 2016 09:47 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzusunda II Beynəlxalq elmi konfrans başlayıb.

APA-nın məlumatına görə, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan mühacirət ədəbiyyatının çoxcəhətli əhəmiyyətini, onun tədqiq olunmasını zəruri edən amillər, bu sahədə ədəbiyyatşünaslığın qarşısında duran vəzifələri qeyd edib. İ. Həbibbəyli bildirib ki, konfrans mühacirət ədəbiyyatına daha sistemli yanaşmağa xidmət edir: “Mühacirət ədəbiyyatı üzrə artıq elmi işlər yazılır, müdafiə edilir. Mühacirət ədəbiyyatı ölkədən kənarda yaransa da Azərbaycan ədəbiyyatının tərkib hissəsidir. Ona görə də mühacirət ədəbiyyatı seriyasından bir neçə kitab çap ediləcək. Biz bu ədəbiyyata kompleks yanaşmalıyıq”.

Akademik Teymur Kərimli, AMEA-nın müxbir üzvü Nərgiz Axundova və başqaları mühacirət ədəbiyyatının ideya mahiyyətindən, yaradıcılıq prinsiplərindən, konfransın əhəmiyyətindən danışıblar.

Daha sonra mühacirət ədəbiyyatının problemlərindən bəhs edən məruzələr dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR