NATO-nun mobil təlim qrupu Bakıda seminar keçirir

NATO-nun mobil təlim qrupu Bakıda seminar keçirir
# 11 oktyabr 2016 14:45 (UTC +04:00)

Bakı-APA. Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, NATO-nun Brunssum Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu Azərbaycanda "Maddi-Texniki Təminatın Əsasları" mövzusunda seminar keçirir.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, tədbir müddətində NATO nümayəndə heyəti tərəfindən iştirakçılara "Maddi-Texniki Təminatın əsasları", "Əməliyyatlarda Maddi-Texniki Təminatın planlaşdırılması" və digər mövzular barədə məlumatlar verilir, eləcə də sindikatlar təşkil olunur.

Tədbirdə Silahlı Qüvvələrin müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak edir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR