“Əhsən ət-təvarix” əsərinin I cildi Azərbaycan dilinə tərcümə olunub

“Əhsən ət-təvarix” əsərinin I cildi Azərbaycan dilinə tərcümə olunub
# 12 oktyabr 2016 10:15 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. XVI əsrdə yaşamış görkəmli tarixçi Həsən bəy Rumlunun çoxcildli “Əhsən ət-təvarix” (“Tarix kitablarının ən yaxşısı”) əsərinin I cildi Azərbaycan dilinə tərcümə olunub.

APA-nın xəbərinə görə, bu barədə AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudov məlumat verib.


Onun sözlərinə görə, əsərin I cildi artıq çapa hazırlanır. Kitabın tərcüməçisi tarix üzrə elmlər doktoru, professor Şahin Fazildir.


Qeyd edək ki, “Əhsən ət-təvarix” çox cildliyində I Şah İsmayılla II Şah İsmayılın hakimiyyət illəri təsvir olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR