MİDA-nın 2017-ci ildə perspektiv inkişafı planının hazırlanmasına başlanılır

MİDA-nın 2017-ci ildə perspektiv inkişafı planının hazırlanmasına başlanılır
# 13 oktyabr 2016 13:33 (UTC +04:00)

Bakı. Musa Əhmədov – Apa-Economics. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA MMC) Müşahidə Şurasının ilk iclası keçirilib.

MİDA-dan “APA-Economics”ə verilən məlumata görə, iclasda Şuranın fəaliyyətinin təşkili ilə bağlı müvafiq məsələlərə dair qərarlar qəbul edilib, “MİDA” MMC-nin ötən müddət ərzində fəaliyyəti barədə hesabatı dinlənilib və MMC-nin 2017-ci ildə perspektiv inkişafı planının hazırlanması ilə bağlı tapşırıq verilib. Bununla yanaşı Müşahidə Şurasının qərarı ilə “MİDA” MMC-nin Daxili Audit şöbəsinin rəhbəri təyin edilib, şöbənin işinin təşkili ilə bağlı müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, agentliyin direktorunun qərarı ilə yaradılmış və 5 nəfərdən ibarət olan Müşahidə Şurasının tərkibinə agentliyin vəzifəli şəxsləri, həmçinin Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Azərbaycanın Əməkdar memarı, professor Gülçöhrə Məmmədova və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının Müşahidə Şurasının sədri Rüfət Mahmud daxildir. Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktorunun müavini Sadiq Sadiqovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR