Azərbaycan Qlobal Sağlamlıq Turizmi sərgisində təmsil olunacaq

Azərbaycan Qlobal Sağlamlıq Turizmi sərgisində təmsil olunacaq
# 17 oktyabr 2016 14:44 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Qlobal Sağlamlıq Turizmi Zirvəsi və Sərgisində təmsil olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbir oktyabrın 19-dan 21-dək Ankarada təşkil ediləcək.

Beynəlxalq tədbir Türkiyə Səhiyyə Nazirliyinin himayəsi, İqtisadiyyat Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Avropa Birliyi Nazirliyi, İnkişaf Nazirliyi və Sağlamlıq turizminin inkişafı Şurasının dəstəyi ilə baş tutacaq.

Tədbirdə sağlamlıq turizmi fəaliyyəti ilə məşğul olan 32 təşkilat, quruluş və dərnəyin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası da Qlobal Sağlamlıq Turizmi Zirvəsi və Sərgisinə dəstək verən ictimai birliklər sırasındadır. Sərgidə Azərbaycanın sağlamlıq turizmi imkanları barədə geniş təqdimat keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR