Beynəlxalq Gimnastika Federasiyasına yeni prezident seçilib

Beynəlxalq Gimnastika Federasiyasına yeni prezident seçilib
# 19 oktyabr 2016 12:22 (UTC +04:00)

Baku-APA. Beynəlxalq Gimnastika Federasiyasının (FİG) rəhbər vəzifələrinə seçkilər keçirilib. Apasport.az saytının məlumatına görə, qurumun prezidenti vəzifəsinə Morinari Vatanabe seçilib.

Yaponiyalı seçkilərdə 100 səs toplayıb. FİG-in əvvəlki rəhbəri Bruno Qrandi bu dəfə namizədliyini verməyib.

Federasiyanın I vitse-prezidenti rusiyalı Vasili Titov seçilib. FİG-in digər vitse-prezidentləri isə ikiqat Olimpiya, beşqat dünya çempionu, belaruslu Nelli Kim və çinli Lo Çaoi olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR