FHN-in əməkdaşı 1-ci yeri tutub

FHN-in əməkdaşı 1-ci yeri tutub
# 19 oktyabr 2016 12:26 (UTC +04:00)

Bakı - APA. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Şərq Döyüş Növləri Federasiyaları Assosiasiyasının dəstəyi, "Toğrul" Şərq Əlbəyaxa Döyüş Növləri və Təkmübarizlik sənəti klubunun təşkilatçılığı ilə Bakıda Kempo Full və Kempo Submission (Grappling Gi) üzrə Avrasiya çempionatı keçirilib.

APA-nın məlumatına görə, çempionatda Avropa və Asiya dövlətlərindən 12 komandadan 300-ə yaxın idmançı birincilik uğrunda mübarizə aparıb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Ülvi Sadıqov 85 kq çəki dərəcəsində 18 yaşdan yuxarı idmançılar arasında 1-ci yerə layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR