Avropa Tarixi Termal Şəhərlər Assosiasiyanın Baş Konfransı Qalaaltında keçiriləcək

Avropa Tarixi Termal Şəhərlər Assosiasiyanın Baş Konfransı Qalaaltında keçiriləcək
# 20 oktyabr 2016 16:47 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. 2018-ci ildə Avropa Tarixi Termal Şəhərlər Assosiasiyanın (EHTTA) Baş Konfransı Azərbaycanın “Qalaaltı” kurort mərkəzində keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, İtaliyanın Salsomaggiore şəhərində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyanın (EHTTA) Baş Assambleyasında “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutunun növbəti konfransı keçirilib. Tədbirdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin əməkdaşı, Azərbaycan tərəfindən adıçəkilən təşkilatda koordinator olan Günel Aslanova iştirak edib.Tədbirin gündəliyində öz əksini tapmış bir neçə məsələlərdən biri də 2018-ci ildə assosiasiyanın Baş Konfransının Azərbaycan, Fransa və Yunanıstan olmaqla, 3 ölkədən birində keçirilməsinin səsə qoyulması olub. Konfransın ikinci hissəsində gizli səsvermə nəticəsində Azərbaycan digər ölkələri qabaqlayaraq qalib olub və tədbirin 2018-ci ilin may ayında “Qalaaltı” kurort mərkəzində keçirilməsi qərara alınıb. “Qalaaltı” sanatoriyası “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutuna üzv seçilib.

Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının xəritəsinə artıq Azərbaycan da əlavə olunub, "Qalaaltı" kurort mərkəzi haqqında geniş məlumatlar və fotoşəkillər öz əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR