Hərbi Dəniz Qüvvələrində döyüş hazırlığı və hərbi intizamın yüksəldilməsi ilə bağlı seminar keçirilib

Hərbi Dəniz Qüvvələrində döyüş hazırlığı və hərbi intizamın yüksəldilməsi ilə bağlı seminar keçirilib
# 28 oktyabr 2016 09:43 (UTC +04:00)

Hərbi Dəniz Qüvvələrində (HDQ) döyüş hazırlığının, hərbi intizamın və qoşun xidmətinin yüksəldilməsi istiqamətində komandir-rəis heyətinin iştirakı ilə seminar keçirilib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, "Mənəvi-psixoloji hazırlıq işinin təşkili, hərbi intizamın möhkəmləndirilməsi və qoşun xidmətinin təkmilləşdirilməsi üzrə komandirlərin, qərargah rəislərinin və şəxsi heyətlə iş üzrə komandir müavinlərinin iş sisteminin Silahlı Qüvvələrdə tətbiqi" mövzusunda keçirilən seminarda HDQ komandanının şəxsi heyətlə iş üzrə müavini, 1-ci dərəcəli kapitan Natiq Bağırov bu istiqamətdə şəxsi heyətin üzərinə düşən vəzifə və tapşırıqları diqqətə çatdırıb.


Sonra seminar iştirakçılarına kateqoriya üzrə komandir-rəis heyətinin iş sistemi ilə bağlı ətraflı məlumat verilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR