Hadı Rəcəbli: “Azərbaycan bu il turizm bumu yaşadı”

Hadı Rəcəbli: “Azərbaycan bu il turizm bumu yaşadı”
# 04 noyabr 2016 09:18 (UTC +04:00)

Azərbaycan Milli Məclisinin Əmək və Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni “Turizm haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, qanun layihəsi barədə məlumat verən komitə sədri Hadı Rəcəbli bildirib ki, ölkədə qeyri-neft sektorunun inkişafına diqqət, Azərbaycan prezidentinin bu sahədə gördüyü tədbirlər vaxtı ilə qəbul olunmuş “Turizm haqqında” qanunun yenidən işlənməsini zəruri edib.

8 fəsil 93 maddədən ibarət qanun layihəsində turizm sahəsində fəaliyyət və xidmət növlərinin təsnifatı, ekstremal turizm, kənd-yaşıl turizmi, çimərlik turizmi və digər sahələrlə bağlı qaydalar, tənzimləmələr yer alıb.

Müzakirələr zamanı H. Rəcəbli bildirib ki, Azərbaycan prezidentinin verdiyi tapşırıqlardan irəli gələrək görülən tədbirlər nəticəsində bu yay artıq ölkənin regionlarında turist əlindən tərpənmək mümkün olmayıb: “Bu necə oldu? Təbii ki, cənab prezidentin sərəncamlarının icra olunması buna müsbət təsir etdi. Viza rejimi aradan qaldırıldıqdan sonra bu kimi müsbət tendensiyalar baş verdi. Bu gün Bakıya ərəblərin axını davam etməkdədir. Azərbaycan bu il turizm bumu yaşadı. Bu bir daha sübut etdi ki, son 13 ildə otel biznesi 6 dəfə artmasına baxmayaraq, Azərbaycanda turistlərə yer olmadı”.

Digər çıxış edənlər də layihə barədə fikirlərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR