Moskvada knyaz Vladimirin abidəsinin açılışı olub

Moskvada knyaz Vladimirin abidəsinin açılışı olub
# 04 noyabr 2016 13:45 (UTC +04:00)

Moskvada knyaz Vladimirin abidəsinin açılışı olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, açılış mərasimində Rusiya prezidenti Vladimir Putin, Moskva və bütün Rusiya patriarxı Kirill, baş nazir Dmitri Medvedev, Federasiya Şurasının sədri Valentina Matviyenko, Moskva meri Sergey Sobyanin və digərləri iştirak ediblər.

Açılış mərasimində çıxış edən Patriarx Kirill knyaz Vladimirin abidəsinin bütün xalqların birliyinin simvolu olduğunu söyləyib: "Knyaz Vladimir həmin xalqların atasıdır. Bunlar isə tarixi Rus dövləti, indiki bir sıra dövlətlərin sərhədlərində yaşayan xalqlardır".

Rusiya prezidenti Vladimir Putin isə çıxışında knyaz Vladimir dövrünün rus tarixində önəmli yer tutduğunu vurğulayıb: "Ruslar xristian dinini qəbul ediblər. Bu seçim Rusiya, Belarus və Ukrayna xalqları üçün ümumi mənəvi mənbəyə çevrilib və həyatımızın müəyyən dəyərlər bünövrəsini qoyub".

Qeyd edək ki, knyaz Vladimirin dövründə, 988-ci ildə ruslar xristianlığı qəbul ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR