Bakıda IV Beynəlxalq Teatr Konfransı keçirilir

Bakıda IV Beynəlxalq Teatr Konfransı keçirilir
# 07 noyabr 2016 07:37 (UTC +04:00)

IV Bakı Beynəlxalq Teatr Konfransı işə başlayıb. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə keçirilən konfransda baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, dövlət müşaviri Kamal Abdulla, millət vəkilləri, mədəniyyət xadimləri iştirak edir.

"Multikulturalizm və teatr" mövzusuna həsr olunan tədbirə 38 ölkədən 150-yə yaxın teatr xadimi qatılıb.

Konfransda iştirak etmək üçün Böyük Britaniya, Rusiya, İspaniya, Almaniya, ABŞ, Ukrayna, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Belarus, Hindistan, Gürcüstan, Xorvatiya, Serbiya, İran, İraq, İtaliya, Küveyt, Qətər, Litva, Latviya, Macarıstan, Özbəkistan, Qazaxıstan, Polşa, Bolqarıstan, Türkiyə, Yunanıstan, Yaponiya, Şri-Lanka və Sudandan tanınmış mədəniyyət, incəsənət və elm xadimləri Bakıya səfər edib.

Beynəlxalq Teatr Konfransı prezidentin 2009-cu il 18 may tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı"na uyğun olaraq keçirilir.

Konfransda Beynəlxalq Teatr İnstitutu, Beynəlxalq Teatr Tədqiqatları Federasiyası, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyası, ASSİTEJ (Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası), UNİMA (Beynəlxalq Kukla Teatrları İttifaqı), MTBA (Musiqili Teatrların Beynəlxalq Assosiasiyası) təmsil olunur.

Mədəniyyət

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR