Dövlət Bayrağı Günü Silahlı Qüvvələrdə qeyd edilib

Dövlət Bayrağı Günü Silahlı Qüvvələrdə qeyd edilib
# 09 noyabr 2016 14:34 (UTC +04:00)

Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər keçirilib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müdafiə nazirinin göstərişinə əsasən bayramla əlaqədar təsdiq olunmuş plan üzrə tarixçi alimlərin, millət vəkillərinin və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəyirmi masalar, veteranların hərbi hissələrə səfərləri, muzey və abidələrə ekskursiyalar təşkil edilib.

Həmçinin müxtəlif bayram konsertləri, viktorinalar, mədəni-kütləvi vətənpərvərlik və idman tədbirləri keçirilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR