Bakıda keçirilən Avropa Film Festivalı çərçivəsində Fransadan Yann Artus Bertrand və Mişel Pitionun “Terra” filminin təqdimatı keçirilib.
APA-nın məlumatına görə, mərasimi Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutu təşkil edilib. Fransanın Azərbaycandakı səfiri Orelye Buşe filmin əhəmiyyəti barədə danışıb. O, azərbaycanlı tamaşaçıların filmdən zövq alacağına ümidvar olduğunu və filmin çox böyük sosial əhəmiyyət daşıdığını deyib. Səfir əlavə edib ki, “Terra” filminin rejisoru Mişel Pitio filmin nümayişi üçün Bakıya gəlib.
Filmin rejisoru Mişel Pitio çıxış edərək “Terra” filminin verdiyi əsas mesajın bəşəriyyəti qorumaq olduğunu bildirib.
Daha sonra film nümayiş olunub.