Lənkəran teatrı İrana qastrola gedəcək

Lənkəran teatrı İrana qastrola gedəcək
# 11 noyabr 2016 08:03 (UTC +04:00)

Lənkəran Dövlət Dram Teatrı İran İslam Respublikasına qastrol səfərinə gedəcək.

Bu barədə APA-nın cənub bürosuna teatrın direktoru Tofiq Heydərov məlumat verib. Onun sözlərinə görə, yaradıcı kollektiv dekabr ayının 1-dən 7-nə kimi qonşu ölkənin Rəşt şəhərində Bəhram Beyzayinin “İlan Sultan” tamaşası ilə çıxış edəcək.


İranlı rejissor Xeyrullah Təğiyənipurun quruluş verdiyi bu səhnə əsərində iki gəncin saf məhəbbətindən, keşməkeşli hadisələrdən sonra vüsala yetmələrindən bəhs olunur. Əsas rolları respublikanın əməkdar artisti Sucəddin Mirzəyev, aparıcı artistlərdən Əlibala Əsgərov, Aynur Əhmədova, Səyad Əliyev, Qızılgül Quliyeva, Miraslan Ağayev, Emin Fərzullayev, Tərlan Abdullayev, Nizami Qurbanov, Şəbnəm Hüseynova, Emil Rzayev və digərləri ifa edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR