Bir neçə mehmanxanaya ulduz dərəcəsi verilib

Bir neçə mehmanxanaya ulduz dərəcəsi verilib
# 11 noyabr 2016 08:56 (UTC +04:00)

Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanaların təsnifatı aparılıb.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanmış xüsusi proqram vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilir və ulduz dərəcələri müəyyən olunur.

Noyabr ayı ərzində Bakı şəhərində və regionlarda yerləşən aşağıdakı 5 mehmanxanaya dövlət standartına uyğun olaraq ulduz dərəcə sertifikatları verilib.

“Staybridge Suites Baku” - 4 ulduz

“Neapol” - 4 ulduz

“Baku İnn Hotel” - 4 ulduz

“Xan Lənkəran” - 4 ulduz

“Manor” - 3 ulduz.

Şöbədən əlavə ediblər ki, hazırda təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 121-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR