Bakıda "Astana Expo-2017: Gələcəyin enerjisi" sərgisinin təqdimatı olub

Bakıda "Astana Expo-2017: Gələcəyin enerjisi" sərgisinin təqdimatı olub
# 11 noyabr 2016 09:17 (UTC +04:00)

Bu gün Bakıda "Astana Ekspo-2017: Gələcəyin enerjisi" sərgisinin təqdimatı keçirilib. "APA-Economics"in xəbərinə görə, tədbirdə çıxış edən Qazaxıstanın Təşviq və Turizm departamentinin rəhbəri Saule Bulebayeva bildirib ki, “Astana Ekspo-2017” sərgilərinin ildən ilə nüfuzu artır: "Bu, ölkəyə turizm axınını artırmaq üçün əsas yollardan biridir. Bu cür miqyaslı tədbir ilk dəfədir ki MDB-də keçirilir və Qazaxıstan üçün qürurverici sərgidir".

S. Bulebayeva bildirib ki, sərgi gələn ilin iyunun 10-dan sentyabrın 10-dək davam edəcək. Sərgidə 100-dən artıq ölkənin və 18 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı gözlənilir: "Sərgidə 5 milyon ziyarətçinin iştirakı gözlənilir. Bu isə gündəlik olaraq orta hesabla 55 301 nəfərin, maksimum isə 110 602 nəfərin ziyarəti deməkdir. Artıq 105 ölkə qeydiyyatını təsdiqləyib və bu ölkələrin sayının artacağı gözlənilir. Bütün ölkələrə öz mədəniyyət və iqtisadiyyatını təqdim etmək üçün geniş imkanlar yaradılacaq".

Qeyd edək ki, təqdimat Qazaxıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilib.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR