Ali Baş Komandan ön xətdə əməliyyat şəraiti ilə tanış olub

Ali Baş Komandan ön xətdə əməliyyat şəraiti ilə tanış olub
# 12 noyabr 2016 08:44 (UTC +04:00)

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olub.

APA-nın xəbərinə görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandana raport verib. Dövlət başçısı komanda idarəetmə məntəqəsindən düşmənin mövqelərini izləyib. Ona cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edilib.

Ali Baş Komandan döyüş tapşırığını yerinə yetirərkən xüsusi fərqlənmiş bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim edib. O, hərbçilərlə görüşüb və döyüşdə fərqlənmiş hərbi qulluqçular qarşısında çıxış edib.

Sonra Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müvafiq tapşırıqlar verib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR