Şair Fikrət Sadıq vəfat edib

Şair Fikrət Sadıq vəfat edib
# 16 noyabr 2016 07:45 (UTC +04:00)

Şair Fikrət Sadıq vəfat edib.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza APA-ya bildirib ki, F. Sadıq bu gün səhər saatlarında evində 86 yaşında dünyasını dəyişib.

Dəfn və vida mərasimlərinin yeri dəqiqləşdirilir.

Sadıqov Fikrət Abbas oğlu (Fikrət Sadıq) 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olub.

1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1986), Azərbaycan Dövlət mükafatı laureatı (1990), Prezidentin fəxri təqaüdçüsü idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR