Türkiyə səfiri “APA Holding”in qonağı olub

Türkiyə səfiri “APA Holding”in qonağı olub
# 16 noyabr 2016 10:29 (UTC +04:00)

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “APA Holding”in qonağı olub.

APA-nın məlumatına görə, holdinqin prezidenti Vüsalə Mahirqızı APA İnformasiya Agentliyinin və “APA Holding”ə daxil olan digər qurumların yaranması barədə səfiri məlumatlandırıb və Türkiyə səfirini “APA Holding”də görməkdən məmnun olduğunu bildirib.

Səfir Erkan Özoral APA İnformasiya Agentliyinin 12 illiyi münasibəti ilə təbriklərini çatdırıb. O bildirib ki, əvvəl Azərbaycanda çalışdığı müddətdən bu yana Azərbaycan çox dəyişib, inkişaf edib. "Azərbaycanın necə inkişaf etdiyi, necə dəyişdiyi kənardan müşahidə zamanı, bir neçə il buradan olmayıb, yenidən dönəndə daha aydın nəzərə çarpır. APA da bu dəyişikliyə uyğun olaraq xeyli inkişaf edib, Azərbaycanın aparıcı media qurumlarından birinə çevrilib".

Görüşdə Azərbaycan-Türkiyə münasibətləri, iki ölkənin media qurumları arasında əməkdaşlığın dərinləşdirilməsi, mədəniyyət, turizm və digər sahələrdə əlaqələrin daha da genişləndirməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR