Dünya Xəbər Agentliklərinin Konqresində “Xəbər istehlakının gələcəyi” mövzusunda sessiya keçirilib

Dünya Xəbər Agentliklərinin Konqresində “Xəbər istehlakının gələcəyi” mövzusunda sessiya keçirilib
# 16 noyabr 2016 11:40 (UTC +04:00)

Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresi çərçivəsində “Xəbər istehlakının gələcəyi” mövzusunda sessiya keçirilib.


APA-nın məlumatına görə, sessiyaya Dünya Xəbər Agentlikləri Şurasının prezidenti, Böyük Britaniyanın “Press Association” agentliyinin baş icraçı direktoru Klayv Marşal moderatorluq edib.

”Nevs Corp” media şirkətinin redaktorluq şöbəsinin direktoru Alan Oakley deyib ki, rəqəmsal məlumatların istehlakı gələcəyin əsas prioriteti olacaq: “On ildən sonra vizual reallıqlar indikindən 10 dəfə daha çox olacaq. Tələb olunan bacarıqlar bir-birindən ayrılır, bir çox təşkilatlarda çoxplatformalılıq var. Hər kəs məlumatı öz platformasına uyğun yayır. Lakin bütün istehlakçılar üçün nəzərdə tutulan xəbərlər yayılmalıdır”.

“Al Arabia” televiziyasının baş direktoru Turki-Al-Dakhil “Millenial nəsil və yeni media” mövzusunda çıxış edib. O bildirib ki, ərəb dünyasında insanların çoxunun yaşı 30-dan aşağıdır: “Televiziyalara baxanların əksəriyyəti 30, xəbərləri izləyənlərin yaşı isə 35-dən yuxarı deyil. Millenial nəsil 1980-2010-cu illəri əhatə edən nəsildir. Onlar gözləməyi sevmir, tez-tez iş yerlərini dəyişirlər. Onlar gələcəklə bağlı heç bir plan qurmur, korrupsiyaya ikrah hissi ilə yanaşırlar. Bütün bunlar millenial nəslin əsas xüsusiyyətləridir. Bu nəslin nümayəndələrinin 43 faizi xəbərlərlə maraqlanır, informasiya almaq üçün sosial şəbəkədən istifadə edirlər. Telefonlar həmin nəsil üçün əsas mənbədir. Sosial media onlar üçün daha önəmli olduğu üçün millenial nəsillin 2 milyarda yaxın nümayəndəsi sosial şəbəkələrdən çox istifadə edir ki, bu sahədə “Facebook” birinci yerdə durur. “Al Arabia” müxtəlif cəmiyyətlərin maraqlarını özünə hədəf seçir. Bu kanalda millenial nəslin bütün maraqları əhatə edilir. Biz ərəb dövlətlərində yeni tətbiqlərdən istifadə edirik. Ağıllı telefon və tabletlərdən istifadə etməklə gəncləri özümüzə cəlb edirik. Kanalda istifadə etdiyimiz yeni elementlər yeni yayım panelləridir. Hədəfimiz geniş auditoriyaya nail olmaqdır”.

Sessiya çıxışlarla davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR