Hüseyn Bağırov “Caspian Ecology” - Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisini ziyarət edib

Hüseyn Bağırov “Caspian Ecology” - Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisini ziyarət edib
# 18 noyabr 2016 08:38 (UTC +04:00)

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov “Baku Expo” Mərkəzində keçirilən 7-ci “Caspian Ecology” - Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisini ziyarət edib.

APA-nın xəbərinə görə, nazir sərgidə iştirak edən qurum və şirkətlərin stendləri ilə tanış olub. H. Bağırov deyib ki, sərgi artıq 7-ci dəfədir fəaliyyət göstərir: “Bundan da o nəticəni çıxarmaq olar ki, sərgi artıq oturuşub, sabit sayda şirkətləri cəlb edib. Bu il də 14 ölkədən şirkətlər sərgidə iştirak edir. Həm regionda, həm də dünyada bu sərginin sahibi olmaq ölkəmiz üçün yaxşı haldır”.

Qeyd edək ki, sərgi bu gün başa çatır.

Xatırladaq ki, noyabrın 16-18-də təşkil olunan “Caspian Ecology” sərgisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də IDEA İctimai Birliyi tərəfindən dəstəklənib, sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edib. Bu il sərgiyə 14 ölkədən 62 şirkət qatılıb. Sərgidə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi iştirak edib.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR