Daha 2 boksçumuz Avropa çempionatında çıxışını başa vurub

Daha 2 boksçumuz Avropa çempionatında çıxışını başa vurub
# 18 noyabr 2016 10:44 (UTC +04:00)

Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın üçüncü günü Azərbaycan millisinin daha 2 idmançısı rinqə çıxıb.

Təəssüf ki, hər 2 boksçumuz yarışı startdaca bitirib. Anaxanım Ağayeva (51 kq) Yelena Savelevaya (Rusiya) 0:3, Yana Alekseyevna (60 kq) isə Esra Yıldıza (Türkiyə) 1:2 hesabı ilə məğlub olub.

Bununla, çempionatla vidalaşan təmsilçilərimizin sayı 3-ə çatıb.

Bu gün isə daha 2 təmsilçimiz yarışa qoşulacaq. Məhsəti Həmzəyeva (57 kq) Ana Starovoitova (Litva), Şəhla Allahverdiyeva (64 kq) Gülsüm Tatarla (Türkiyə) döyüşəcək.

Qeyd edək ki, çempionata 9 boksçu ilə yollanan millimizin heyətində hələlik Anna Əlimərdanova (54 kq) ilk döyüşünü qələbə ilə bitirib. Belaruslu Elina Bruyeviçi 3:0 hesabı ilə məğlub edən boksçumuz 1/4 finalda Yelena Envallla (İsveç) qarşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR