Şakir Ağayev: “Avropa Parlamentinin Rusiya mətbuatına qarşı qərarı söz azadlığının birbaşa pozulması deməkdir”

Şakir Ağayev: “Avropa Parlamentinin Rusiya mətbuatına qarşı qərarı söz azadlığının birbaşa pozulması deməkdir”
# 24 noyabr 2016 12:44 (UTC +04:00)

“Avropa Parlamentinin bu qərarı bir daha sübut etdi ki, demokratik dəyərlər və söz azadlığı sadəcə “gözdən pərdə asmaq” xarakteri daşıyır".

APA-nın məlumatına görə, bunu “Novoye Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev Avropa Parlamentinin noyabrın 23-də "Russia Today" və "Sputnik" Beynəlxalq İnformasiya Agentliyinin fəaliyyətinin dayandırılmasını nəzərdə tutan qərar layihəsi qəbul etməsinə münasibət bildirərkən deyib.

"Bir müddət əvvəl BBC-nin və “Azadlıq Radiosu"nun Rusiyada fəaliyyəti müvəqqəti dondurularkən bütün dünya mediası, eləcə də Avropa Parlamenti bunu söz azadlığının boğulması kimi qələmə verirdi. Hətta Rusiyada diktatura rejiminin hökm sürdüyünü, azad mətbuata qarşı total təzyiqin baş verdiyini bildidirdilər. Buna baxmayaraq, hazırda Rusiyada sözügedən mətbu orqanlarla yanaşı, Qərb mediasının müxtəlif orqanları sərbəst şəkildə fəaliyyət göstərir. Onlar istədikləri kimi Rusiya hakimiyyətini tənqid də edirlər. Amma bu mətbu orqanlarına Rusiyada kimsə bir söz demir. Əksinə, onlara lazımı şərait yaradılır. Rusiya prezidentinin iştirakı ilə keçirilən bir çox tədbirə Qərb mediasının nümayəndələri dəvət edilir. Hətta bəzi hallarda Vladimir Putinin siyasəti onlar tərəfindən tənqid də edilir. Bunu isə başda Vladimir Putin olmaqla, Rusiya rəsmiləri normal qarşılayırlar. SSSR-i dağılandan sonra 25 il ərzində Rusiyada fəaliyyət göstərən əksər media qurumları bu günə kimi Qərbin müxtəlif donor təşkilatlarından maliyyələşirlər. Uzun illərdir, məqsədli şəkildə Rusiya hakimiyyətini tənqid etməklə yanaşı, ictimaiyyət arasında çaşqınlıq yaratmaq missiyalarını həyata keçirirlər. İndi bunların qarşılığında Rusiya KİV-inin Avropa Parlamenti tərəfindən susdurulması qərarını necə başa düşmək olar? Bəs demokratik dəyərlər harda qaldı? Bunun yalnız bir adı var - demokratiyanı deqradasiyaya uğratmaq. Qərbin "demokratik dəyərlər maskası" yırtılır. Avropa Parlamentinin Rusiya mətbuatına qarşı qərarı söz azadlığının birbaşa pozulması deməkdir”, - deyə Ş. Ağayev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR