Mübariz Qurbanlı İran səfiri ilə görüşüb

Mübariz Qurbanlı İran səfiri ilə görüşüb
# 28 noyabr 2016 11:29 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşüb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M. Qurbanlı iki ölkə arasında din sahəsində də əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.

Azərbaycan və İran arasında etimad və dostluq münasibətlərinin bundan sonra da davam edəcəyini söyləyən səfir C. Cahangirzadə qarşılıqlı səfərlərin təşkilində, dini radikalizm və ekstremizmlə mübarizə çərçivəsində birgə tədbirlərin həyata keçirilməsində maraqlı olduqlarını deyib.

Görüşdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, sədr müavini Gündüz İsmayılov və İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi də iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR