Xarici Kəşfiyyat Xidmətinə əcnəbilərə viza verilməsi sahəsində yeni səlahiyyət verilib

Xarici Kəşfiyyat Xidmətinə əcnəbilərə viza verilməsi sahəsində yeni səlahiyyət verilib
# 30 noyabr 2016 09:45 (UTC +04:00)

Xarici İşlər Nazirliyi “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə dəyişiklik edib.

APA-nın məlumatına görə, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli qanunu ilə “ASAN Viza” sisteminin nəzərdə tutulması ilə əlaqədar reqlamentdə dəyişiklik edilib.

Qanuna əsasən Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala bilərlər. Elektron qaydada verilən birdəfəlik vizada ölkədə qalma müddəti 30 günədək müəyyən edilir. “ASAN Viza” sisteminin fəaliyyətinin təşkili, elektron vizanın alınması üçün elektron müraciət formasına daxil edilməli olan məlumatlar, elektron viza blankının təsviri və nümunəsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnamədə müəyyən ediləcək. Elektron viza siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə veriləcək.

Beləliklə, bu reqlamentlə “http://evisa.mfa.gov.az” elektron ünvanında təqdim edilən elektron xidmət indiyə qədər turistlərə verilən elektron viza istisna olmaqla, Azərbaycana səfər etmək istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin viza almaq üçün elektron qaydada müraciətinin və sənədlərinin qəbul edilməsi, baxılması, cavablandırılması və baxılmanın nəticəsindən asılı olaraq viza rəsmiləşdirilməsi və ya viza rəsmiləşdirilməsindən imtina edilməsini əhatə edib. “ASAN Viza” sisteminin tətbiqi ilə əlaqədar isə bundan sonra bu reqlamentdən turistlərlə bağlı istisna hal çıxarılıb. Başqa sözlə, bu elektron xidmət ümumiyyətlə elektron viza istisna olmaqla, Azərbaycana səfər etmək istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin viza almaq üçün elektron qaydada müraciətinin və sənədlərinin qəbul edilməsi, baxılması, cavablandırılması və baxılmanın nəticəsindən asılı olaraq viza rəsmiləşdirilməsi və ya viza rəsmiləşdirilməsindən imtina edilməsini əhatə edəcək.

Digər dəyişiklik bu sahədə Xarici Kəşfiyyat Xidmətinə yeni səlahiyyət verilməsi ilə bağlıdır. İndiyə qədər elektron qaydada daxil olmuş viza verilməsi barədə ərizənin düzgün doldurulması və tələb olunan sənədlərin tamlığı diplomatik nümayəndəlik və konsulluqlar tərəfindən yoxlanıldıqdan sonra dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi (İAMAS) vasitəsilə gücləndirilmiş elektron imza ilə təsdiq edilərək baxılması üçün Nazirliyin Konsulluq idarəsinə göndərilib. Nazirliyin Konsulluq idarəsinin məsul əməkdaşı tərəfindən sorğudakı məlumatların düzgünlüyü və tamlığı yoxlanılıb və İAMAS-ın məhdudiyyət siyahıları ilə müqayisələr aparılıb. Bundan sonra, sorğu razılaşdırılma məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib. Dövlət Təhlükəsizliyi Xidmətinin rəyi alındıqdan sonra, qəbul edilən yekun rəy sorğunun daxil olduğu diplomatik nümayəndəlik və ya konsulluğa təqdim edilib. Dəyişikliyə əsasən artıq sorğu həm razılaşdırmaq, həm də rəy alınması üçün Xarici Kəşfiyyat Xidmətinə də göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR