Dünya şahmat tacının qalibi bəlli olub

Dünya şahmat tacının qalibi bəlli olub
# 01 dekabr 2016 07:27 (UTC +04:00)

Dünya şahmat tacı uğrunda görüşün qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Norveç qrossmeysteri Maqnus Karlsen Sergey Karyakinlə (Rusiya) mübarizədən qalib ayrılıb.

Nyu-Yorkda keçirilən görüşün əsas oyunlarında bərabərlik qeydə alınıb. Qrossmeysterlər 12 oyunun hərəsində 1 dəfə qələbə qazanıb, digərlərində “sülh” bağlayıb – 6:6.

Bu səbəbdən də şahmatçılar mübarizəni rapid matçlarda davam etdiriblər. Sürətli oyunlarda 3:1 hesabı ilə qələbə qazanan Karlsen 2013-cü ildən yiyələndiyi titulu özündə saxlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR