Azərbaycan şahmatçıları reytinq siyahısında irəliləyiblər

Azərbaycan şahmatçıları reytinq siyahısında irəliləyiblər
# 01 dekabr 2016 08:07 (UTC +04:00)

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, dekabr üçün müəyyənləşən 100 ən güclü arasında Azərbaycan qrossmeysterlərinin sayı dəyişməz qalıb.

Top-100-də yer alan 6 şahmatçımızdan ən yaxşı nəticə isə son aylar olduğu kimi, yenə Şəhriyar Məmmədyarova məxsusdu. Ötən ayla müqayisədə 2 pillə irəliləyən həmyerlimiz 12-ci yerə yüksəlib. O, 2768 reytinq xalına malikdi.

Son yarışlarda özünü göstərə bilməyən Teymur Rəcəbov (2710) da uzun fasilədən sonra mövqeyini yaxşılaşdırıb. 14 reytinq xalı qazanan təmsilçimiz 10 pillə irəliləyib.

Rauf Məmmədov (2688) da yuxarı pilləyə qalxıb. 2 rəqibini arxada qoyan şahmatçı hazırda 55-cidi. Ondan fərqli, Eltac Səfərli (2691) mövqeyini qoruyub. Qrossmeysterimiz yeni siyahıda da 49-cudu.

4 həmyerlimizdən fərqli, milliləşdirilmiş yeganə legionerimiz Arkadi Naydiç (2687) isə mövqeyini itirib. Latviya əsilli zəka sahibimiz 56-cı yerə enib.

Reytinq siyahısına yenə Maqnus Karlsen (Norveç, 2840) başçılıq edir. Fabiano Karuana (ABŞ, 2823) ikinci olduğu cədvəldə Maksim Vaşye-Laqrav (Fransa, 2811) “üçlük”dən kənar qalıb. O, yerini Vladimir Kramnikə (Rusiya, 2809) təhvil verib.

Qadınların cədvəlində ən güclülər arasında Azərbaycan təmsilçilərindən yalnız Gülnar Məmmədova yer alıb. Top-100-ə bu ay daxil olmaqla, burada Günay Məmmədzadəni əvəzləyən 2392 reytinq xalla 71-ci pillədədi. Bu siyahıya isə çinli Yifan Hou (2651) başçılıq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR