Allahşükür Paşazadə İrana gedir

Allahşükür Paşazadə İrana gedir
# 01 dekabr 2016 09:29 (UTC +04:00)

“İki gün sonra İranın Tehran şəhərində ayətullahlar, din və dövlət adamları ilə görüşəcəyik”.

APA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

O bildirib ki, İranda baş tutacaq görüşlər bu gün Bakıda “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanda multikulturalizm modeli” mövzusunda keçirilmiş konfransın bir növ davamı olacaq.

QMİ sədri qeyd edib ki, son vaxtlar Rusiya, İran və Azərbaycanın dövlət rəhbərləri arasında görüşlər keçirilir: “Din xadimləri də bu üç dövlət arasında gələcək qonşuluq və dostluq münasibətlərinə öz töhfələrini verəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR