QMİ sədri: "Putinin prezident seçilməsindən sonra Qafqazda dəyişikliklər baş verib”

QMİ sədri: "Putinin prezident seçilməsindən sonra Qafqazda dəyişikliklər baş verib”
# 01 dekabr 2016 09:48 (UTC +04:00)

“Bu gün Şimali Qafqazda müharibələr, münaqişələr yoxdur. Bu, Qafqaz Xalqları Ali Dini Şurasının gördüyü işlərin nəticəsidir”. APA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

Ötən əsrin 90-cı illərdə Çeçenistanda gedən müharibə ilə əlaqədar Rusiyanın keçmiş prezidenti Boris Yeltsinə müraciət etdiyini xatırladan QMİ sədri qeyd edib ki,
Vladimir Putinin dövlət başçısı seçilməsindən sonra Qafqazda dəyişikliklər baş verib: “Qafqazda münasibətlər, Qafqaza olan münasibətlər dəyişdi. Qafqazda sabitlik yarandı, sabitlik bu gün də davam edir. Mən Dağıstanın, Çeçenistanın bugünkü vəziyyətini görəndə fərəhlənirəm. Şimali Qafqaz Azərbaycanla birlikdə çiçəklənir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR