Tripolidə tankların iştirakı ilə döyüşlər gedir

Tripolidə tankların iştirakı ilə döyüşlər gedir
# 02 dekabr 2016 01:27 (UTC +04:00)

Liviyanın paytaxtı Tripolidə hərbiləşdirilmiş qruplaşmalar arasında döyüşlər gedir, azı 8 nəfər ölüb.

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, şəhərin küçələrində tanklar və silahlılara məxsus avtomobil karvanları hərəkət etməyə başlayıb. Məlumata görə, şəhər üzərində nəzarəti ələ almaq uğrunda yerli qüvvələr və Misrata şəhərindən olan qruplaşma mübarizə aparır.

Xatırladaq ki, bu il martın 31-də baş nazir Fayez as-Saracın rəhbərliyi ilə milli razılıq hökuməti fəaliyyətə başlayıb. 2014-cü ildə seçilmiş və ölkənin şərqində hakimiyyətini qoruyan parlament hökuməti dəstəkləməyib və hökumət hələ də ölkənin bütövlüyünü bərpa edə bilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR