Bakıda beş mağazada qanunsuz dini ədəbiyyat satışı aşkarlanıb - REYD

Bakıda beş mağazada qanunsuz dini ədəbiyyat satışı aşkarlanıb - <span style="color: red;">REYD
# 02 dekabr 2016 12:15 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), DQİDK-nın Bakı şəhəri üzrə şöbəsi Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə birgə paytaxtın Səbail və Nəsimi rayonları ərazisində yerləşən dini təyinatlı ədəbiyyatın, habelə mal və məmulatların satışı ilə məşğul olan 5 mağazada reyd keçirib.

DQİDK-dan APA-ya verilən məlumata görə, baxış keçirilən mağazaların hər birinin ixtisaslaşdırılmış satış məntəqəsi olmadan dini təyinatlı ədəbiyyat, mal və məmulatların satışı ilə məşğul olduğu aşkarlanıb. Bununla yanaşı, reyd zamanı ümumilikdə içərisində müvafiq razılığın olmadığı, nəzarət markası ilə markalanmamış 433 dini təyinatlı ədəbiyyat müəyyən edilərək hüquq-mühafizə orqanları tərəfindən götürülüb.

Qeydə alınmış qanun pozuntuları hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada sənədləşdirilib, aşkar edilmiş qanun pozuntuları ilə bağlı müvafiq araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR