Azərbaycan prezidenti: “Multikulturalizm sahəsindəki nailiyyətlərimiz dini aləmdə layiqincə dəyərləndirilib”

Azərbaycan prezidenti: “Multikulturalizm sahəsindəki nailiyyətlərimiz dini aləmdə layiqincə dəyərləndirilib”
# 02 dekabr 2016 13:50 (UTC +04:00)

“Bizim multikulturalizm sahəsində əldə etdiyimiz nailiyyətlər bütün dini aləmdə layiqincə dəyərləndirilib”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə görüşü zamanı deyib.

“Bu il ölkəmizdə daha bir mühüm hadisə baş verdi. Bu, dünya katoliklərinin rəhbəri Roma Papasının Azərbaycana rəsmi səfəri idi. O, katolik kilsəsində ibadət etdi, sonra Heydər Məscidini ziyarət etdi, mötəbər şeyxlə, eləcə də digər dini konfessiyaların rəhbərləri ilə görüşü oldu. Roma Papası buradan, Bakıdan bütün dünyaya yaxşı mesaj göndərdi. Yəni, bizim multikulturalizm sahəsində əldə etdiyimiz nailiyyətlər bütün dini aləmdə layiqincə dəyərləndirilib”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR