2016-cı ilin ən yaxşı atletlərinin adları açıqlanıb

2016-cı ilin ən yaxşı atletlərinin adları açıqlanıb
# 02 dekabr 2016 22:27 (UTC +04:00)

Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası (İAAF) 2016-cı ilin ən yaxşı atletlərinin adlarını açıqlayıb.

APA-nın xəbərinə görə, bu barədə Assosiasiyasının məlumatında bildirilir.

Doqquz qat Olimpiya çempionu, əfsanəvi sprinter Üseyn Bolt (Yamayka) və efiopiyalı Almaz Ayana ən yaxşı yüngül atlet seçiliblər.

Qaliblərin adları Monakoda baş tutan mərasimdə açıqlanıb.

Qeyd edək ki, Rio-2016-da Üseyn Bolt 3 qızıl, Almaz Ayana isə bir bürünc və 10 000 m məsafəni qət etməkdə dünya rekordu ilə qızıl medal qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR